Gecənin əfsanələri

Gecənin əfsanələri

Tədbir haqqında

Legends of The Night! – Həyəcan və əyləncə ilə dolu unudulmaz gün!

Bu xüsusi tədbirdə Amerikanın US Legend Cars yarışlarında möhtəşəm mübarizə ilə yanaşı, gərgin kartinq çempionatı və drift şounun da şahidi olacaqsınız!

Kartinq çempionatı:
12-15 yaş arası ən istedadlı və sürətli pilotlar, ictimaiyyət qarşısında ustalıqlarını nümayiş etdirəcək və özlərini sınayacaqlar. İştirakçıların hər biri öz sürət və çevikliyi ilə yarışacaq, izləyicilər isə hər anın həyəcanını və adrenalinin yüksəlişini bölüşəcəklər. Çempionat həm uşaqlar üçün unudulmaz bir təcrübə, həm də valideynlər və azarkeşlər üçün hədsiz əyləncə mənbəyi olacaq!

Drift şou:
Yerli idmançıların iştirakı ilə keçiriləcək drift şouda əyləncə və adrenalinin zirvəsinə çıxmağa hazır olun. Dinamik və həyəcanverici anlarla zəngin şou əsla yaddaşınızdan silinməyəcək!

Əfsanəvi Amerikan US Legend Cars yarışı:
Əsas hadisə isə yüksək sürət, iti manevrlər və gərgin rəqabət ilə yaddaşlarda qalan Amerikanın US Legend Cars yarışları olacaq. Bu avtomobillər yarış meydanında qızğın mübarizə apararaq izləyicilərə görməyə dəyər anlar bəxş edəcək.

Təşkilat və əyləncə zonaları:
Tədbir Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı və Bakı Şəhər Halqası və Caspian Event Organisers ilə birgə əməkdaşlıq çərçivəsində keçirilir. Hər kəsin rahatlığı və zövqlü vaxt keçirməsi üçün ərazidə fudkort, istirahət və əyləncə zonaları fəaliyyət göstərəcək.

Biletinizi indi alın və həyəcanverici yarışların, gözoxşayan şouların bir parçası olun və hər zaman xatırlayacağınız anlar qazanın!

Yaş məhdudiyyəti / Dil

4+ / Multilingual
Gecənin əfsanələri Gecənin əfsanələri

Məkan yeri
Dövlət Bayrağı Meydanı - Parking