Yalçınla Nərgiz bir-birini sevirlər, lakin vüsala aparan yolda gözləmədikləri çətinliklərlə qarşılaşırlar. Ailələr arasındakı maddi təzadlılıq, köhnəlmiş adətlər, övlad-valideyn mübahisələri, fiziki və mənəvi təzyiqlər onları imtahana çəkir. Yalçın çətinlikləri aşa bilmir, yüngül həyat tərzini seçir, Nərgizə xəyanət edir. Xəyanətin şahidi olan, sevgisinə sadiq qalan Nərgiz onu bağışlayacaqmı? Uzaqda ÜMİD İŞIĞI görünəcəkmi ?
Müəllif - Zemfira Məhərrəmli
Rejissor - Nazir Rüstəmov